“Beyin köçü” nədir? “Beyin köçü”nü doğuran səbəblər.

Jamal Aghayev
6 min readSep 16, 2018

--

Heyvan anatomiyasında beyin və ya ensefalon (yunanca), mərkəzi sinir sistemini yönəldən mərkəzdir. Bir çox heyvanda beyin kəllə sümüyünün içində, ilkin duyğu orqanlarının və ağızın yaxınında yerləşmişdir. Beyin çaşdırıcı dərəcədə qarışıq və mürəkkəb ola bilər. Məsələn, insan beyni 100 milyarddan çox neyrondan ibarətdir və bu neyronların hər biri, özü kimi 10.000 dənə üzvü ilə əlaqə yaradır. Beyinə daxil olan və çıxan sinir impulsların sürəti saatda 270 kilometrə bərabərdir.Beyinin tam fəaliyyət etməsi üçün 10 voltluq lampa gücündə enerji tələb olunur. Alimlər iddia edirlər ki,insanın intellekt səviyyəsi nə qədər yüksəkdirsə bir o qədər çox yuxu görür. — WikiWand

Bəs mövzumuz hansı beyindən gedir?

Son illərdə tez-tez eşitdiyimiz “beyin köçü” deyə bir ifadənin nə olduğunu artıq çoxumuz bilirik. Bilməyənlər üçün qeyd edim.

Beyin Köçü — Bilginin və informasiyanın dəyərləndiyi bir dövrdə onun daşıyıcılarının da dəyərlənməsinə gətirib çıxarmışdır. Bu səbəbdən də daşıyıcılar arasında olan insanlar informasiyanı tibbin iddialarına görə Beyin adlandırılan orqannda daşıyır. Bəs bu “Daşıyıcılar” bu informasiyanı müəyyən bir lokasiya içərisinə doğru limitləyə bilirmi?

Beyin köçü poster

Cavab isə çox sadədir. Xeyr! Əsla! Bilgi teorik və praktiki olaraq heç vaxt lokallaşdırıla və limitləndirilə bilməz. Buna görə də onun daşıyıcısı olan beyin və sahibi şəxs lokalizasiya məsələsindən tamamilə qopur. Bilgi bir teoriyadan da ibarət ola bilər, lakin onun bir də digər üzü var. — Praktika.

Praktika isə bilginin və informasiyanın teroiya halında ikən, praktikləşdirilməsindən ibarətdir. Bu gün ətrafımızda gördüyümüz bütün peşələr və sənətlər mütləq bir teoriya və ya bilgi toplusuna möhtacdır. Bəzi alimlər bilgi ilə praktika arasındakı balansı 30%-70% nisbətində olduğunu düşünürlər.

İndi isə yenidən dönək lokallaşma anlayşına. Praktikada lokalizasiya mümküdür. Misal üçün bəzi ölkələr üçün teoriyaların praktikləşdirilməsi o qədər də asan məsələ deyil. Misal götürək Azərbaycanı. Siz hazırki vəziyyətdə robotlaşdırma, süni intellekt və ya 4.0 Sənaye, avtonomlaşdırma, mexatron sistemlərin tətbiqi ilə müasir texnoloji fikirlərinizi prkatiki olaraq həyata keçirməyin hələlik mümkünsüzdür. Çünkü Azərbaycanda bu tip nə təhqiqat mərkəzi var, nə də istehsalat mərkəzləri.

Belə olan halda əgər siz yuxarıda qeyd etdiyim sahələrdən birində fəaliyyət göstərirsinizsə, onda deməli siz məcbur olacaqsınız ki, fikrinizi praktiki olaraq gedib xarici ölkələdən birində tətbiq edəsiniz. Misal üçün 4.0 Sənaye-nin banisi olan Almaniyada. Bunun üçün də siz zənbilinizi toplayıb ölkəni tərk edir və fəaliyyətinizə almaniyada davam edirsiniz. Bilginizi də o ölkəyə aparırısınız. Azərbaycandakı ailəniz isə sizin təhsilinizi davam etdirməyiniz üçün, burada qazandığını sizə göndərir, ölkədən valyuta çıxır, Almaniyaya valyuta axını baş tutur. Hətta siz araşdırmanızı bitirdikdən sonra isə Almaniya dövləti sizə maaş və dəyər verərək, sizə tədris üçün iş təklif edir. Siz beləliklə başlayırsınız orada tədris aparmağa, bəlkə də Azərbaycanda öyrəndiyinizi orada alman tələbələrə tədris edirsiniz. Bununla da Azərbaycan adlı ölkə sizin biliyinizdən məhrum qalır. Buna da deyirlər Beyin Köçü(Brain Migration).

Mövzu və ya məsələ tək bununla ya da yuxarıda qeyd etdiyim sahələrlə bitmir, onlar Beyin Köçü dediyimiz şeyi doğuran hələ ən kiçik nünaslardır.

Bu axımın əsas doğurucu nüanslarından biri də siyasi motivlər əsasında ortaya çıxan demokratik mühitdir ki, mövzumu və yazımı siyasiləşdirmədən bir cümlə ilə üstündən keçmək istədim. :)

“Brain Migration” — Ramses

Gəlin mövzuya bir az da statistik tərəfdən baxaq. Azərbaycanda və ya digər ölkələrdə Beyin Köçü-nü doğuran nüansları sırası ilə statistikasına nəzər salaq.

  1. Yaşayış və xoşbəxtlik. Axımı sürətləndirən önəmli nüanslardan biri xoşbəxtlik və rahat yaşam standartlarıdır. Azərbaycan bu yaşam standartlarında özünə harada yer tapıb?
Global Xoşbəxtlik İndeksi (2015–2017)

Gördüyümüzü kimi ölkəmiz ümumi indexdə 2015–2017 illər arasında 87-ci yerdə qərarlaşıb. Bundan əlavə hesabata nəzər saldıqda ölkəmizin 2008–2010-cu illər arasındakı hesabatdan sonra xeyli irəliləyiş göstərdiyini dryə bilərik. Aşağıdakı statistikaya əsasən.

2008–2010 hesabat dövrü ilə müqayisədə 2015–2017 dövründəki xoşbəxtlik dərəcəsindəki artım əmsalı

Son qrafikdən də gördüyümüz kimi, ölkəmiz xoşbəxt ölkələr siyahısındakı irəliləyişinə görə 17-ci yerdə qərarlaşıb. Bu təbii ki, müsbət göstəricidir. Lakin, burada ən önəmli nüansı kənara atmamalıyıq.

2015-ci il ölkəmizdə bir sıra mötəbər sayıla biləcək tədbirlərlə yadda qaldı. Bu ildə ölkəmiz müstəqillik tarixindəki ən böyük yatırım və xərc tempinə daxil oldu. İllik gəlirinə yaxın bir hissə Avropa oyunları və s. bir sıra qlobal tədbirlərin təşkilatçılığına ayrıldı. Bu da öz növbəsində təbii sayıla biləcək iqtisadi böhran senarilərinə* gətirib çıxardı. bu senarilər artıq reallaşdı və bu dövr ərzində devalvasiya, milli valyutanın dəyərdən düşməsi, ölkədə ərzaq məhsullarından tutumuş, geyim, texnoloji və kritasiya məhsullarına qədər hər bir şeyin bahalaşmasına. Çünkü istehsalçı deyil, istehalkçı bir ölkəyik.(Bu məsələni növbəti yazılarımda genişmiqyaslı xırdalayacağıq) Hər bir məsələdə xaricdən asılıyıq. Bunu dana bilmərik.

2. Təhsil Problemi.(Təhsil sözünün qarşısına problemi qoya bilmək özü elə ən böyük probleçlərdən biridir məncə.)

Məlumdur ki, ölkəmizdə ibtidai təhsildən, hətta məktəbəqədər təhsildən tutumuş, doktoranturaya qədər, heç bir sahədə ciddi irəliləyişlər olmayıb. Sadəcə bəzi zamanlarda xarici maliyyələşmə ilə xüsusi təmayüllü(əksəriyyəti də fantastik ödənişlər əsasında) məktəblər, universitet və liseylər açıldı. Xeylisi bağlandı. Bir universitetin başına gəlməyən qalmadı, onunla birlikdə daha digər bir universitetin adı dəyişdirildi və.s. Bütün bunlar bəlkə də müsbət nəticələr doğurdu, bəlkə də doğurmadı amma, nəticədə insanların gələcək üçün müəyyən narahatlıqlarının varlığına gətirib çıxardı.

Əvvəllər aricdə təhsil dövlət proqramı əsasında aparılırdısa, insanlar daha ümidsiz idi və əksəriyyəti onsuzda bu müsabiqələrin şəffaf aparılmadığını düşünürək müraciət etmirdi. Gedə bilənlər isə gedib inkişaf etmiş ölkələrdəki vəziyyəti gördükdən sonra əslində əsl olanın Köçmək olduğunu düşünməyə bilməzlərdi. Düşündülər və gedənlər, qayıtmayanlar, qayıtdıqdan qısa zaman sonra yenidən yollanıb bir daha dönməyənlər oldu.

Bu gün isə Xaricdə Təhsil ilə bağlı dövlət proqramı rəsmi olaraq bir neçə ildir ki dayandırılıb. Artıq insanlar daha qorxusuz şəkildə xaricə təhsilə üz tutur. Tapa bildiyim az da olsa statistik informasiyalara görə bu il təkcə Polşa-a təhsil üçün 100-ə yaxın insan gedəcək, eynilə ötən 2–3 ildə İtaliya, Almaniya, ABŞ və.s. inkişaf etmiş ölkələrə xeyli insan sırf təhsil üçün üz tutanların sayı rekord həddə çatıb. Hazırda Gürcüstanda 2691, Türkiyədə 10535, Ukraynada isə təxminən, 2500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bu yaxınlarda bir vəzifəli şəxs çıxışında müəyyən sektor üzrə xaricdə 500-ə yaxın tələbənin təhsil aldığını qürurla qeyd etdi.

Təshil çox önəmli faktordur deyə mövzunun ən geniş hissəsi olacaq. Çünkü sizə təqdim edəcəyim bütün qlobal statistik informasiyalarda reytinq və ya sıralamaya təsir edən amillərdən biri mütləq təhsil olur.

Qlobal təhsil indexinin 2013-cü il üzrə statistikasını tapa bildim və onu sizə təqdim etməyin doğru olmadığını düşündüm. Xeyli əski informasiya olduğu üçün sadəcə onu deyim ki, ölkəmiz reytinqdə 76-cı yerdə qərarlaşıb.

Universitetlərimiz isə qlobal reytinqinə bu il də salınmayıb. BDU ötən ilə görə 801-ci sırada qərarlaşmışdı.

Bütün bu səbəbləri nəzərə aldıqda, qeyd edə bilərik ki, ölkədən Beyin Köçünün əsas prioritet sahələrindən biri də təhsildir. Bu köç ölkələrə ən çox zərər vuranlardan biridir.

3. İş və dəyər problemi. Son 2 ildə ölkəmizdən 100-ə yaxın IT mütəxəssisi ölkəni tərk edib və inkişaf etmiş ölkələrdə çalışmağa yollanıb. Savadlı və bilgili insanların ölkəni tərk etməsi çox mühüm iqtisadi güc itirməsinə səbəb olur. Qlobal innovasiya indexinə nəzər salaq.

Qlobal İnnovasiya İndexi — 2018

Reytinq cədvəlinə nəzər salsaq görərik ki, ölkəmiz siyahıda 82-ci yerdədir. Siyahıya liderliyi İsveçrə edir, bizimlə eyni regionda olan ölkələr isə müvafiq olaraq, Rusiya - 46, Türkiyə - 50, İran - 65, Ermənistan - 68-ci yerdə qərarlaşıb. Qeyd edək ki, bu ölkələrin hamısı reytinqə görə bizdən öndədir. Geri qalanını siz özünüz götür-qoy edin.

Ardı var…

--

--

Jamal Aghayev
Jamal Aghayev

Written by Jamal Aghayev

Ecosystem Builder | Startup, Innovation & Agile Catalyst | Agility Transformation & Disciplined Entrepreneurship Coach | Stoic Person |